• Bakı 19° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ermənistan hələ də 309 əsgərini axtarır

DÜNYA

21 Mart 2023 | 15:43

Ermənistan hələ də 309 əsgərini axtarır

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları ötən il Ermənistan-Azərbaycan müharibəsində əsir düşmüş ermənilərin ailələrinə 1550 mesaj göndəriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BQXK-nın illik hesabatında deyilir.

Komitə 2020-ci ildən - münaqişənin kəskinləşməsindən sonra Ermənistandan 309 nəfərin hələ də itkin düşdüyünü qeyd edib. BQXK nümayəndələri münaqişənin gərginləşməsi ilə əlaqədar əsirlərə mütəmadi olaraq baş çəkməkdə davam edir.

BQXK əsirlərə ailələri ilə məktublar, telefon zəngləri, video və audio kommunikasiyalar vasitəsilə əlaqə saxlamağa kömək edir.

Qeyd olunur ki, İrəvandakı BQXK-ya itkin düşənlərin ailələrindən 6 mindən çox müraciət daxil olub. 62 ailə itkin düşmüş qohumlarının taleyini öyrənmək və açıq axtarış sorğusu ilə BQXK-ya müraciət edib, daha 63 ailə yaxınları haqqında məlumat ala bilib.

Hazırda Bakı 33 nəfərin əsir götürüldüyünü təsdiqləyir. Hüquq müdafiəçilərinin iddialarına görə isə 80 nəfər əsirlikdədir.


SON XƏBƏRLƏR

19 Aprel 2024