• Bakı 18° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

"Pişik ovu" yarışı ləğv edildi

DÜNYA

20 Aprel 2023 | 12:35

Pişik ovu yarışı ləğv edildi

Yeni Zelandiyada ənənəvi olaraq keçirilən pişik ovu yarışı bu il lğşv edilib.

Bakıvaxtı.az xarici məttbuata istinadla xəbər verir ki, buna səbəb  yarışla bağlı erirazların artmasıdır.

Məlumata görə, aprelin ortalarından iyun ayına qədər ən çox pişiyi öldürən uşaq 155 dollar mükafat alacaqdı. 

Ov müsabiqəsinin təşkilatçıları bu il 14 yaşınadək uşaqlar üçün vəhşi pişik ovunun yeni kateqoriyasını təqdim ediblər.

Yeni Zelandiyada vəhşi pişiklərə ölkənin biomüxtəlifliyi üçün təhlükə yaradan zərərli heyvanlar kimi baxılır. Onlar uşaqlara ev pişiklərini öldürməməyi, yalnız vəhşi pişikləri ovlamağı əmr edib. Bu planlar ölkədəki heyvan hüquqları təşkilatlarının reaksiyasına səbəb olub. Yeni Zelandiya Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti bu kateqoriyanın müsabiqədən çıxarılmasından məmnun olduqlarını paylaşıb. İcma nümayəndəsi bildirib ki, nə böyüklər, nə də uşaqlar vəhşi pişiyi sahibsiz pişikdən və ya qorxmuş ev pişiyindən ayıra bilmirlər.

"Uşaqlarımıza heyvanları öldürmək üçün alətlər vermək əvəzinə, uşaqlarımıza heyvan sevgisini aşılamalıyıq" deyə heyvan hüquqları sahəsində çalışan Safe assosiasiyasının rəsmisi yerli 1News kanalına bildirib.

Qeyd edək ki, Yeni Zelandiyanın Cənubi Adasında hər il keçirilən yarışmada uşaqlar da daxil olmaqla iştirakçılar çöl donuzu, maral və dovşan ovlayır. Digər tərəfdən, vəhşi pişiklərin adadakı digər canlılara verdiyi zərərlərə görə öldürülməsinə dəstək verənlər də var. Bir sosial şəbəkə istifadəçisi yazıb ki, pişiklər çoxlu xəstəliklər daşıyır və mal-qaraya zərər verir, ona görə də onları gördükləri yerdə öldürürlər. Daha sonra adaya aparılan bu pişiklər adanın yerli heyvan növlərinin ölümünə səbəb olur.

Yeni Zelandiyanın ən böyük mühafizə qrupu olan Kral Meşə və Quşların Mühafizəsi Cəmiyyəti bildirir ki, vəhşi pişiklər hər il 1,1 milyon yerli quşun və 10 milyon yerli olmayan quşun ölümünə səbəb ola bilər. Radio New Zealand-a danışan biotəhlükəsizlik mütəxəssisi Dr. Helen Blackie adadakı vəhşi pişiklərin 6 quş növünün nəsli kəsilməsində, həmçinin yarasa, tısbağa və kərtənkələ populyasiyasının azalmasında böyük rol oynadığını bildirib. Pişiklərin daşıdığı toksoplazmoz adlı parazitar infeksiya adadakı qoyunçuluq təsərrüfatına da zərər verir.

Qeyd edək ki, oxşar problem qonşu Avstraliyada da yaşanır. Avstraliya Milli Universitetinin professoru Sarah Legge deyir ki, adanın pişikləri 33 orijinal məməli növünün üçdə ikisinin nəslinin kəsilməsində "əsas səbəb" olub.

Ay Tac


SON XƏBƏRLƏR

23 Aprel 2025