Ermənistanda üç hərbçinin ölümü ilə əlaqədar döyüş postunun komandiri saxlanılıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, avqustun 19-da Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrdən birindəki döyüş postunda əsgərlər Qor Artakoviç Saakyan, Leon Rafaeloviç Harutyunyan və Murad Aşotoviç Muradyan güllə yarası ilə tapılıb. Elə həmin gün, üçqat qətldə şübhəli bilinərək A.X. saxlanılıb. Ona qarşı artıq ittiham irəli sürülüb və həbs edilib.
Araşdırma zamanı döyüş postunun komandirinin hadisəyə aidiyyəti olduğu müəyyən edilib. O, hərbçiləri qətlə təhrik etməkdə, habelə başqa hərbçiyə qarşı zorakı cinsi hərəkətlərdə şübhəli bilinərək saxlanılıb.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















