• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ermənistan prezidentinə xiyarla verilən mesaj - VİDEO

DÜNYA

05 Iyul 2022 | 14:12

Ermənistan prezidentinə xiyarla verilən mesaj - VİDEO

İrəvanda “Müqavimət” hərəkatının iştirakçıları Konstitusiya Məhkəməsinə doğru yürüş təşkil edib.

Bakıvaxtı.az erməni KİV-ə istinadən xəbər verir ki, daha sonra isə müxalifət nümayəndələri prezident iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər.

Belə ki, aksiya zamanı etirazçılar iqamətgahın qarşısını xiyarlarla doldurub. Müxalif Sevak Nazaryan etirazlarında xiyardan istifadə etməsinin səbəbini jurnalistlərə açıqlayıb:

"Prezident Konstitusiyanın təminatçısıdır. O, Ermənistanda bostan-tərəvəz təmsilçisidir, heç bir iş görmür və yalnız bir nəfərin göstərişinə əməl edir. Biz onun fəaliyyətsizliyinin simvolu olaraq bu tərəvəzi ona gətirmişik. Bu jestimizdə hər hansı şəxsi təhqir yoxdur", - deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026