ABŞ Rusiya prezidenti Vladimir Putinin sevgilisi Alina Kabayeva da daxil olmaqla bəzi şəxslərə qarşı yeni sanksiyalar elan edib.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, ABŞ Maliyyə Nazirliyi bədii gimnastika üzrə keçmiş olimpiya çempionu, 39 yaşlı Kabayevaya vizanı dondurub və əmlak məhdudiyyəti qoyub. Dumanın keçmiş deputatı Kabayeva həm də Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən Rusiya milli media şirkətinin rəhbəridir.
Qeyd edək ki, Böyük Britaniya ötən ilin mayında Kabayevaya qarşı sanksiyalar tətbiq edib. Avropa İttifaqı isə iyun ayında Kabayevaya səyahət və aktiv məhdudiyyətlər qoyub.
Aytac Aslan
















