• Bakı 14° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ermənistanda delimitasiya üzrə daha bir işçi qrupu yaradıldı

Gündəm

22 Aprel 2024 | 13:28

Ermənistanda delimitasiya üzrə daha bir işçi qrupu yaradıldı

Ermənistan-Azərbaycan sərhədlərin delimitasiyası üzrə Komissiyanın tərkibində daha bir işçi qrupu yaradılıb.

Bakıvaxtı.az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan qərar imzalayıb.

    Qrupun tərkibinə Ermənistanın Müdafiə Nazirliyi, Baş Qərargah, Milli Təhlükəsizlik Xidməti, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, eləcə də Kadastr Komitəsinin nümayəndələri daxil olacaq.

    İşçi qrupunun fəaliyyətini koordinasiya etmək vəzifəsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin departament direktoru David Sanamyana tapşırılıb.

    Qrup sərhəd xəttinin Baqanis (Ermənistan) – Bağanis-Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) – Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) – Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) – Qızıl Hacılı (Azərbaycancan) hissələrində koordinatların dəqiqləşdirilməsi ilə məşğul olacaq.

    İşçi qrupunun fəaliyyətinə eyni zamanda, ərazinin geodezik ölçülməsi və müvafiq protokol-layihənin tərtib olunaraq Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası üzrə Birgə Komissiyaya təqdim edilməsi də daxildir.


    SON XƏBƏRLƏR