• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ermənistanda hərbçilər qəzaya düşdü: Ölənlər və yaralananlar var

DÜNYA

20 Fevral 2023 | 09:58 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanda hərbçilər qəzaya düşdü: Ölənlər və yaralananlar var

Ermənistanda hərbçilərin olduğu avtomobil dərəyə aşıb.

Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, hadisə Sünik rayonunun Xnatsax kəndi yaxınlığında qeydə alınıb.

“Fevralın 19-da saat 19:40 radələrində Xnatsax kəndi yaxınlığında qar uçqunu nəticəsində Müdafiə Nazirliyinin “UAZ” markalı avtomobili dərəyə yuvarlanıb, nəticədə müqaviləli hərbçilər Zorand Qrantoviç Arzumanyan və Zorak Samveloviç Yeranosyan həlak olublar”, - deyə məlumatda qeyd olunur.

Daha iki hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri ilə qarnizon hospitalına yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir, hərbçilərin həyatı üçün təhlükə yoxdur.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026