• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyədə prezident seçkiləri üçün 11 namizədin adları MƏLUM OLDU

DÜNYA

22 Mart 2023 | 00:57

Türkiyədə prezident seçkiləri üçün 11 namizədin adları MƏLUM OLDU

Türkiyə Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) 11 namizədin prezident seçkilərində iştirak üçün müraciətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Bildirilir ki, Komissiya sənədləri yoxlayıb və qərara gəlib ki, həmin şəxslərin mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları var. Martın 27-dək namizədlərin hər biri 100 min seçici imzası olan protokolları MSK-ya təqdim etməlidir.

Təsdiqlənən namizədlər arasında Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Muhammed Ali Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal və Yakup Türkal da yer alır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR