• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ermənistanda yanan hərbçilərin öldürüldüyü iddia edilir

DÜNYA

24 Yanvar 2023 | 12:04

Ermənistanda yanan hərbçilərin öldürüldüyü iddia edilir

Ermənistanda yanğın zamanı ölən 15 erməni hərbçinin valideynləri övladlarının məhz yanğın nəticəsində öldüyünə inanmırlar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ölkənin “Hraparak” qəzeti yayıb. 

Hərbçilərin valideynləri hadisə ilə bağlı rəsmi versiyanın həqiqətə uyğun gəlmədiyini bildirib və absurd adlandırıb. Onların fikrincə, təcrübəli zabitlər davranışlarının nə dərəcədə təhlükəli olduğunu dərk etmədən sobanı 5 litrlik benzin bidonu ilə yandırmağa cəhd etməzdi. 

Ölən hərbçilərdən birinin atasının sözlərinə görə, hərbçilər kazarmada öldürülüb, daha sonradan orada yandırılıb: “Biz əminik ki, onları əvvəlcədən zəhərləyiblər, daha sonra üzərlərinə benzin tökərək yandırıblar”. 

Bununla yanaşı, hərbçilərin yaxınlarının sözlərinə görə, yatan halda ölən hərbçilər yanğınla bağlı səs-küyə ən azından oyanardılar. 

Xatırladaq ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən sözügedən hərbi hissədə baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb. Ölkənin İstintaq Komitəsinin məlumatına görə, yanğına səbəb benzinlə davranış qaydalarının pozulması olub. İlkin məlumata görə, hərbçilər kazarmanı isitmək üçün sobanı benzinlə yandırmağa çalışıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir. Hadisədən sonra 5 yüksəkrütbəli hərbçi vəzifəsindən azad edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR