• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanın iddiaları əsassızdır: Real danışıqlara hər zaman hazırıq

GÜNDƏM

09 Oktyabr 2023 | 13:50 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanın iddiaları əsassızdır: Real danışıqlara hər zaman hazırıq

"Ermənistandan da razılıq olarsa, qurumlarımızın rəhbərləri Gürcüstanda ikitərəfli və üçtərəfli görüş keçirə bilərlər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar: "Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi".

Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməlidir: "Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər".

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın məqsədi bəllidir.

Keçmiş XİN başçısı vurğulayıb ki, İrəvan danışıqlar üçün elə bir məkan, platforma axtarır ki, orada kimlərsə rəsmi Bakıya təzyiq göstərsin: "Azərbaycan tərəfi kənar təsirlərə, təzyiqlərə çox da fikir vermir. Ümumiyyətlə, indiki məqamda rəsmi Bakıya təzyiq göstərmək mümkün deyil. Azərbaycanın mövqeyi kifayət qədər güclüdür”.

Onun sözlərinə görə, Gürcüstanla bağlı təklif müsbətdir. Sabiq nazir qeyd edib ki, sırf iki ölkə, yəni Azərbaycan və Ermənistan arasında problemləri müzakirə etmək üçün coğrafi baxımdan və başqa cəhətlərdən ən yaxşı məkan Gürcüstandır: “Əlbəttə, orada hansısa vasitəçilikdən söhbət getmir, heç lazım da deyil. Sadəcə olaraq Gürcüstan görüş platforması təşkil edərək öz xoş niyyətini ortaya qoyur. Yəni görüş üçün yer ayırar, şərait yarada bilərlər. Gürcüstanın bu təşəbbüsləri də hər zaman Azərbaycan tərəfindən yüksək qarşılanıb, alqışlanıb. Dövlət başçısı İlham Əliyev bu mesajı ilə göstərir ki, Azərbaycan real danışıqlara hər zaman hazırdır”.

Tofiz Zülfüqarov:  İndiki məqamda rəsmi Bakıya təzyiq göstərmək mümkün deyil

Müsahibimizin dediyinə görə, Ermənistan tərəfi iddia edirdi ki, Azərbaycanın Qranada görüşünə getməməsinin səbəbi odur ki, guya rəsmi Bakı sülh müzakirələrinin tərəfdarı deyil və s. “Prezident görüş və müzakirə təşəbbüsü ilə bir daha bəyan etdi ki, Ermənistan tərəfinin iddiaları tamamilə əsassızdır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026