• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ƏSAS MƏSƏLƏ! - Azərbaycan-Ermənistan arasında sərhəd müəyyənləşir?

GÜNDƏM

08 Avqust 2023 | 16:18 | Müəllif: Qalib İbrahimoğlu

ƏSAS MƏSƏLƏ! - Azərbaycan-Ermənistan arasında sərhəd müəyyənləşir?

"Əslində Azərbaycan tərəfi üçün Qarabağda nə separatçılar, nə də hansısa icmanın təmsilçiləri var. Yəni rəsmi Bakı ilə onlar arasında danışıqlardan söhbət getmir. Sadəcə olaraq Azərbaycan dövlətinin nümayəndələri vətəndaşlıq almaq istəyən insanlarla görüşürlər. Daha doğrusu, onlara görüş təklif edirlər".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq XİN başçısı bildirib ki, hazırda bu məsələnin müəyyənləşməsi prosesi gedir:

"Bu da bəyan olunan inteqrasiya siyasətinin praktiki icrasıdır. Bir şeyi qeyd etmək lazımdır. Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, Qarabağdakı ermənilərlə aparılan iş Azərbaycanın daxili məsələsidir. Daxili məsələ olduğuna görə, Azərbaycanın müvafiq dövlət nümayəndələri daxildə təmaslar qurur, müzakirələr aparır. İndi Ermənistan və Azərbaycan arasında münaqişənin postkonflikt mərhələsidir”.

“Azərbaycan sülh və danışıqlar prosesinin təşəbbüskarıdır” deyən T.Zülfüqarovun sözlərinə görə, təəssüflər olsun ki, erməni tərəfi sözdə "sülhə hazır olduğunu" iddia etsə də, praktiki işlərdə prosesi ləngidir. Müsahibimiz vurğulayıb ki, əsas məsələ Azərbaycan-Ermənistan arasında sərhəd xətlərinin müəyyənləşməsidir: “Bildiyimiz kimi Ermənistan tərəfi 1975-ci il xəritəsini təklif edib. Amma Azərbaycan öz mövqeyini tam şəkildə açıqlamayıb. İstisna etmirəm ki, Azərbaycanın təklifi 1920-ci ilin xəritələri ola bilər".

Tofiq Zülfüqarov: Ermənistan sözdə "sülhə hazır olduğunu" iddia etsə də, praktiki işlərdə prosesi ləngidir

Sabiq nazirə görə, Ermənistan tərəfi də ciddi cəhdlər çalışır ki, sülh danışıqlarını Qarabağda yaşayan ermənilərin məsələsi, yəni Azərbaycanın daxili işi ilə bağlasın, əlaqələndirsin. Təbii ki, Azərbaycan bunu qəbul etmir və qəbul da etməyəcək".

Qeyd edək ki, son günlər Ermənistan rəhbərliyinin və Qarabağdakı separatçı ünsürlərin mütəmadi gündəmə gətirdiyi məsələ Qarabağda yaşayan ermənilərin "təhlükəsizliyi", "təminatı" və "Xankəndi-Bakı" arasında dialoq məsələsidir. Hətta separatçılar ermənilərlə Bakı arasında təmasın "üçüncü ölkədə" keçirilməsini təklid edirlər.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026