• Bakı 35° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Ətin bahalaşması nəylə bağlıdır?

CƏMİYYƏT

17 Avqust 2022 | 17:02

Ətin bahalaşması nəylə bağlıdır?

“Ət və ət məhsullarının bahalaşmasının əsas səbəbi yemlə əlaqəlidir”.

Bunu Bakvaxtı.az-a iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda ətin yenidən bahalaşmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, bir neçə gündür dana ətinin qiyməti bahalaşıb. İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər. Həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb.

Azərbaycanda yemin bahalaşdığını deyən N.Cəfərlinin sözlərinə görə. Özü də kifayət qədər ciddi bahalaşma var. Ekspert bildirib ki, buna  da həm texniki bitkilərin daha çox əkilməsi nəticəsində örüş sahələrinin, otlaqların azalması səbəb olub. Bunun nəticəsində də yem bahalaşıb.

N.Cəfərli qeyd edib ki, bundan başqa heyvandarlıqda istifadə olunan dərman preparatları, vaksinlər və yem qatqıları xaricdən gətirilir: “Bunlarda da qiymət artımı baş verib. Yəni, ətin qiymətinin qalxması, əsasən, dərman pereparatları və yemlə bağlıdır. Əlavə olaraq, burda doğru siyasət aparılmayıb, yəni, otlaqlar və yem sahələrinin az olması buna səbəb olan əsas məsələdir”.

Ətin bahalaşması nəylə bağlıdır?


SON XƏBƏRLƏR

12 Iyul 2025