• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Evdən qızılla dolu seyf oğurlandı, tutulanlar var - VİDEO

CƏMİYYƏT

11 Fevral 2022 | 23:20 | Müəllif: Qalib İbrahimoğlu

Evdən qızılla dolu seyf oğurlandı, tutulanlar var - VİDEO

Fevralın 4-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, zərərçəkən ev sahibi polisə müraciət edərək evdə olmadıqları müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 2000 dollar, 34 min manatlıq qızıl-zinət əşyaları və sənədlər olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Xəzər Rayon Polis İdarəsi və 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıl Abbasov və tanışı Elnur İsmayılov qısa zamanda saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb (xəzərxəbər). Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik

:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR