• Bakı 10° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Evini yandıran sərxoş kişi xəsarət aldı 

HADİSƏ

17 Avqust 2023 | 23:04

Evini yandıran sərxoş kişi xəsarət aldı

Abşeronda kişi yaşadıqları evdə yanğın törədib.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Xırdalan şəhərində baş verib. 52 yaşlı şəhər sakini Ş. Məmmədov ilə ailə üzvləri arasında mübahisə yaranıb. Bu zaman sərxoş vəziyyətdə olan Ş. Məmmədov içində benzin olan plastik kanistri həyətdən evə gətirib və dəhlizə tökərək yandırıb.

Nəticədə özü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xanımı S. Məmmədova isə tüstüdən zəhərlənib. Hər iki şəxs qeyd olunan diaqnozlarla xəstəxanaya yerləşdiriliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026