• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Evlərdən elektrik naqillərini oğurlayan şəxs saxlanıldı - FOTO

HADİSƏ

17 Yanvar 2022 | 13:07

Evlərdən elektrik naqillərini oğurlayan şəxs saxlanıldı - FOTO

Qax Rayon Polis Şöbəsinə müraciət edən üç nəfər rayon sakini onlara məxsus fərdi yaşayış evlərindən elektrik naqillərinin və dəmir qapıların oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin İlisu kənd sakini Nurlan Poladov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladıqlarını satdığını bildirib. Keçirilmiş tədbirlərin davamı olaraq Nurlan Poladovun cinayət yolu ilə ələ keçirdikləri onun satdığı şəxsdən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.


Evlərdən elektrik naqillərini oğurlayan şəxs saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026