• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Faciəli şəkildə ölən Şəmsəddin İgidovla bağlı RƏSMİ AÇIQLAMA

HADİSƏ

14 Iyun 2021 | 17:08

Faciəli şəkildə ölən Şəmsəddin İgidovla bağlı RƏSMİ AÇIQLAMA

İyunun 12-də rayonun Zaqatala rayonunun Göyəm kəndində Şəmsəddin İgidovun stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Nail Bayramov idarə etdiyi 62-AC- 524 dövlət qeydiyyat nişanlı kranla həmkəndlisinin həyətində müəyyən işlər görən zaman kranın sürücü kabinəsini döndərərkən kabinənin arxa hissəsinin orada dayanan digər həmkəndlisi Şəmsəddin İgidova dəyməsi nəticəsində sonuncu xəsarət alıb, göstərilən tibbi yardıma baxmayaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026