• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şahdağa qar yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

19 Mart 2025 | 14:53

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Martın 19-u saat 14:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Beyləqanda 22 m/s, Kəlbəcərdə 21 m/s, Neftçalada 20 m/s, Sabirabad və Şahdağda 17 m/s, Laçında 16 m/s, Biləsuvar, Lerik və Şirvanda 15 m/s-dək güclənib.

Zaqatala, Qusar, Balakən, Qax, Şəki, Ceyrançöl, Tovuz, Gəncə, Göygöl, Oğuz, Mingəçevir, Yevlax, Gədəbəy, Qəbələ, Quba, Şəmkirdə fasilələrlə yağış yağır. Şahdağda isə arabir qarın yağması müşahidə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026