• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“FC Barcelona” klubu Lionel Messiyə hələ də maaş ödəyir

İDMAN

26 Fevral 2024 | 17:40

“FC Barcelona” klubu Lionel Messiyə hələ də maaş ödəyir

İspaniyanın “FC Barcelona” klubu sabiq futbolçusu Lionel Messiyə hələ də maaş ödəyir.

Bakıvaxtı.az “Cadena Ser”ə istinadən xəbər verir ki, onunla yanaşı, hazırda ABŞ-nin “Inter Miami” klubunda komanda yoldaşı olan Serxio Buskets və Xordi Alba da kataloniyalılardan hər ay məvacib alırlar.

Klub rəhbərliyi koronavirus pandemiyası dönəmində imzalanan müqavilə ilə bağlı öhdəliklərini indi yerinə yetirir. “Barselona”nın maaş büdcəsinin bir hissəsi məhz bu “üçlüy”ə ayrılıb.

Qeyd edək ki, Lionel Messi 2004-2021, Serxio Buskets 2008-2023, Xordi Alba isə 2012-2023-cü illərdə “Barcelona”nın formasını geyiniblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026