Müstəqil Fələstin dövlətini neçə ölkənin tanıdığı açıqlanıb.
Bakıvaxtı.az bu barədə “Al Jazeera”ya istinadla xəbər verir.
Belə ki, indiyədək BMT-yə üzv olan 193 ölkədən 143-ü Fələstini tanıyıb.
Eyni zamanda Aİ-nin 27 üzvündən yalnız səkkizi – Polşa, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, İsveç və Kipr – Fələstini dövlət kimi tanıyır. Onlardan yalnız İsveç 2014-cü ildə Fələstini suveren dövlət kimi tanıyıb.
Aİ blok daxilində çoxsaylı diplomatik səylərə baxmayaraq, Fələstini bir dövlət kimi tanımır.
Kamerun və Eritreya istisna olmaqla, bütün Afrika dövlətləri Fələstini dövlət kimi tanıyır.
Qeyd edək ki, Norveç bu gün Fələstini müstəqil dövlət kimi tanıyacaq.
Həmçinin İrlandiya və İspaniya da Fələstin dövlətinin tanınması planlarını açıqlayıblar.
Mina Mikayılova
















