"Fənərbağça" "Milan"ın satışa çıxardığı Rafael Leanı transfer etmək istəyir.
Bakıvaxtı.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu portuqaliyalı vingerin satışından 50-60 milyon avro gəlir əldə etməyi planlaşdırır.
İstanbul nəhəngi 26 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır. "Fənərbağça" yaxın vaxtlarda A Seriyası təmsilçisi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Rafael Lean bu mövsüm "Milan"ın heyətində keçirdiyi 29 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.
Bakı 




