• Bakı 18° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

FHN Hacıqabulda hərəkətə keçdi: tədbir görülür - VİDEO

CƏMİYYƏT

12 Oktyabr 2024 | 23:12 | Müəllif: Subhan Mahmudov

FHN Hacıqabulda hərəkətə keçdi: tədbir görülür - VİDEO

İntensiv yağan yağışlar nəticəsində Hacıqabul şəhərinin bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026