Finlandiyada koronavirus pandemiyası ilə əlaqədar bələdiyyə seçkiləri təxirə salınıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki,bu barədə ölkənin Ədliyyə Nazirliyi bildirib.
Aprel ayına nəzərdə tutulan seçkilər iyunun 13-ə keçirilib. Bu qərarı 9 siyasi partiyadan 8-nin dəstəklədiyi deyilir.
Qeyd edək ki, bu günədək Finlandiyada 61 mindən çox yoluxma qeydə alınıb, 767 nəfər ölüb.















