Mən Avropa Birliyi ilə Rusiya arasında müharibə barədə sərt bəyanatlardan və kəskin çıxışlardan çəkinməyə çağırıram. Belə söhbətləri yalnız müharibənin hansısa kompüter oyunu olduğunu düşünən məsuliyyətsiz insanlar apara bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso öz Feysbuk hesabında bildirib.
O, PUA ilə bağlı baş verən hadisələrin III Dünya müharibəsinə səbəb ola biləcəyini qeyd edib:
"Rumıniyadakı həmin hadisə Avropa siyasətçilərini AB ilə Rusiya arasında dialoqa başlamaq üçün hər cür səy göstərməyə sövq etməli idi”.
Onun sözlərinə görə, yalnız dialoq tammiqyaslı fəlakətin qarşısını ala bilər.
Qeyd edək ki, bir neçə gün öncə Rusiyaya məxsus PUA Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb./Axar.az
Bakı 




