Bu gün Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisində sıralanma turu başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, 30 dəqiqə davam edən yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman Bakıda Formula 2 yarışlarının sıralanma turunun qalibi olub.
“Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi yarışı ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer üçüncü pillədə başa vurublar.
Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.
Ramid İbrahimov















jpg-1685176941.webp)

