• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Fransa ilə bütün əlaqələri kəsməliyik" - Fəzail Ağamalı

SİYASƏT

14 Oktyabr 2022 | 11:30 | Müəllif: Qalib İbrahimoğlu

"Fransa ilə bütün əlaqələri kəsməliyik" - Fəzail Ağamalı

"Biz Fransa ilə bütün əlaqələri kəsməliyik".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, Fransa Ermənistanı tolerant dövlət adlandırır: "Hansı Ermənistan tolerantdır ki, etnos yaşamır? Hansı Ermənistan sülhsevərdir ki, Azərbaycan torpağını 30 il işğalda saxlayıb. Utanmadan söyləyir ki, Azərbaycan guya Qarabağ torpaqlarını işğal edib".

F.Ağamalı deyib ki, Makron çoxdan Fransanın dəyərlərini, mənəviyyatını Ermənistana satıb: "Biz Fransa ilə bütün əlaqələri kəsməliyik. Biz onlarla diplomatik əlaqələrimizə yenidən baxmalıyıq və gözləyirik ki, Xarici İşlər Nazirliyi bu istiqamətdə ciddi mövqeyini ortaya qoysun”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR