"Biz həm Fransada, həm burda vacib əhəmiyyətli məsələni müzakirə etdik. Heç kimin ixtiyarı yoxdur ki, ümumbəşəri dəyərləri özəlləşdirsin".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Səməd Seyidov Milli Məclisin bugünkü iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, elementar normalar, insan haqları ilə bağlı bütün hədləri aşmış Fransa Korsikada insanlığa qarşı siyasət aparır: "Orda insanlar sadəcə öz dillərində danışmaq istəyir. Lakin Fransa bu insanlara polis vasitəsilə işgəncələr verir, həbs edir. Biz beynəlxalq təşkilatları Korsikada insan haqlarının təhlükəsizliyinə çağırırıq".
S.Seyidov deyib ki, bu gün Fransanın özünü Avropada aparıcı təqdim etdiyi halda, Azərbaycanın daxilində separatçılığı dəstəkləyib, öz daxilindəki cinayətləri görməmək haqqı yoxdur.
Nuranə Daxilqızı
















