Fransada prezident seçkilərinin birinci turunun ilkin nəticələri məlumdur.
Bakıvaxtı.az-ın Fransa mətbuatına istinadla xəbərinə görə, Daxili İşlər Nazirliyi bütün kommunalarda bülletenlərin sayılmasını başa çatdırıb.
Səslərin 100%-i sayıldıqdan sonra Makronun 27,6% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 23,41% səs toplayıb.
İlk üçlüyü seçicilərin 21,95%-nin etimadını qazanan Jan-Lük Melanşon tamamlayır.
Digər namizədlərə gəlincə, Erik Zemmur 7,05%, Valeri Perkres 4,79%,
Yanik Jado 4,58%, Jan Lasal 3,16%, Fabyen Rusel 2,31%, Nikola Düpon-Enyan 2,07% səs toplayıb.
Siyahıda son yerdə qərar tutan Anna İdalqo, Filip Putu və Natali Arto müvafiq olaraq 1,74%, 0,77% və 0,57% seçicinin etimadını qazana biliblər.
Ramid İbrahimov
















