• Bakı 24° C

    4.4 m/s

Çində yeni QAPANMALAR - Yoluxma artır

DÜNYA

11 May 2022 | 03:15 | Müəllif: Qalib İbrahimoğlu

Çində yeni QAPANMALAR - Yoluxma artır

Çinin paytaxtı Pekində ilk dəfə aprelin 22-də aşkarlanan “Omikron” variantını daşıyan yerli mənşəli yoluxmaların yol açdığı koronavirus epidemiyası davam edir.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, son 24 saat ərzində xəstəliyə 61 əlamətli, 13 əlamətsiz yoluxma halı aşkar edilib.

Yoluxmaların intensiv olduğu Çaoyanq və Şunyi rayonlarında yaşayanların hərəkət məhdudiyyəti davam edir. Hər iki rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılıb, parklar və ictimai yerlər giriş-çıxış üçün bağlanıb, insanlara evlərini tərk etməmək tövsiyə edilib.

Bildirilib ki, şəhərdə uşaq bağçaları, ibtidai və orta məktəblərdə onlayn təhsil davam etdiriləcək, restoranlar yalnız çatdırılma xidməti göstərməyə davam edəcək, idman zalları, kinoteatrlar və digər qapalı əyləncə mərkəzləri bağlı qalacaq.

Bundan əlavə, mayın 12-dən etibarən bütün vətəndaşlardan ictimaiyyət üçün açıq olan qapalı ərazilərə daxil olarkən son 48 saat ərzində edilən koronavirus testinin mənfi nəticəsini, habelə mobil sağlamlıq kodlarını göstərmələri tələb olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026