• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Fransalı azarkeşlər qonaq fanatlara hücum etdilər

DÜNYA

28 Noyabr 2023 | 12:31

Fransalı azarkeşlər qonaq fanatlara hücum etdilər

Fransanın PSJ klubunun azarkeşləri İngiltərənin "Nyukasl" komandasına qarşı keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl qonaq fanatlara hücum ediblər.

Bakıvaxtı.az "RMC Sport"a istinadən xəbər verir ki, hadisə Parisdə, tərəfdarların istirahət etdiyi obyektlərin birində baş verib.

Fransalı azarkeşlər binaya stul, stol və tüstü bombası atıblar. "Nyukasl" fanatları isə barrikada qurmağa çalışıblar. Xəsarət alanlar barədə məlumat verilməyib.

Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Parisdə bəzi obyekt sahiblərinə öz müəssisələrini daha erkən bağlamaq göstərişi verilib.

Qeyd edək ki, PSJ - "Nyukasl" görüşü bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024