• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Fulya Öztürk Xəzər TV-də çalışacaq

CƏMİYYƏT

29 Avqust 2023 | 12:50 | Müəllif: Subhan Mahmudov

Fulya Öztürk Xəzər TV-də çalışacaq

Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün Xəzər TV-də çalışacağı ilə bağlı məlumatlar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Fulya Öztürk məlumatı təsdiqləyib.

O, bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla görüşdüyünü və önəmli layihə üzərində çalışdıqlarını dilə gətirib:

Xəzər TV-də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, sentyabrın 4-də Azərbaycana gəlib qayıdacağam”.

Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:

"Xəzər TV ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub./bizimmedia


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026