• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

G7 ölkələri bu məsələdə razılığa gəldi

DÜNYA

23 Aprel 2023 | 10:51 | Müəllif: Subhan Mahmudov

G7 ölkələri bu məsələdə razılığa gəldi

Yeddilik Qrupu (G7) ölkələri taxıl sazişinin tam həyata keçirilməsini, vaxtın uzadılmasını və genişləndirilməsini qəti şəkildə dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə assosiasiyanın kənd təsərrüfatı məsələləri üzrə nazirlərinin aprelin 22-23-də Miyazakidə keçirilmiş danışıqlarının yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
Nazirlər həmçinin G7-nin Kiyevə kənd təsərrüfatı infrastrukturunun, o cümlədən irriqasiya qurğularının, qida emalı zavodlarının və anbarlarının bərpasında, eləcə də ukraynalı fermerlərə maliyyə dəstəyinin göstərilməsində dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

Bundan əlavə, assosiasiya ölkələri kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi məsələsində Ukrayna hakimiyyətinə kömək etmək niyyətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026