• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gədəbəydə qar uçqununda həlak olan hərbçi Sabirabadda dəfn edildi

HADİSƏ

22 Mart 2025 | 12:18

Gədəbəydə qar uçqununda həlak olan hərbçi Sabirabadda dəfn edildi

Gədəbəydə qar uçqununda həlak olan əsgər Sabirabadda dəfn olunub.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, dəfn mərasimi bu gün səhər saatlarında rayonun Muğan Gəncəli kəndində baş tutub.

Dəfn mərasimində qar uçqunda həlak olmuş əsgər, 2006-cı il təvəllüdlü İmanov Əli Tariyel oğlunun doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ə. İmanov doğulduğu Muğan Gəncəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ə. İmanov 2024-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, martın 19-da Əli İmanov hərbçi yoldaşı Rüstəm Həmidovla birgə qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində martın 20-də əsgərlərin nəşi tapılıb və ailələrinə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026