• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Geyim üçün antimikrob örtük hazırlandı

DÜNYA

14 Fevral 2022 | 03:31 | Müəllif: Qalib İbrahimoğlu

Geyim üçün antimikrob örtük hazırlandı

Tokio Universitetinin Ali Mühəndislik Məktəbinin tədqiqatçıları geyim üçün antimikrob vasitə hazırlayıblar.

Bakıvaxtı.az aztibb.az-a istinadənn xəbər verir ki, gümüş əsasında hazırlanan örtüyə Ag/TA adı verilib. Tərkibin geyim üzərində qalması üçün polifenollardan istifadə edilib. Şəffaf rəngdə olan örtük parçanın tərkibinə təsir etmir və yuyulma zamanı həll olmur.

Qeyd edilir ki, alimlər örtüyün geyimin üzərində qalmasının iki yolunu təklif edirlər. Bunlardan birincisi sənaye üsulu parçanın tərkibdə isladılmasını nəzərdə tutur. İkinci üsul isə tərkibin evdə geyimin üzərinə çəkilməsini təklif edir.

Tədqiqatçıların bildirdiyinə görə, antomikrob tərkib hətta on dəfə yuyulmadan sonra belə öz təsirini saxlayır. Yeni tətbiqin xüsusən steril şəraitin tələb edildiyi xəstəxanalarda istifadə olunması tövsiyə edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026