• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Gömrük Komitəsinin həbsdə olan əməkdaşı azadlığa çıxdı

CƏMİYYƏT

03 Aprel 2024 | 14:35 | Müəllif: Subhan Mahmudov

Gömrük Komitəsinin həbsdə olan əməkdaşı azadlığa çıxdı

Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş əməkdaşı Elmar Mirzəyev azadlığa buraxılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş sabiq gömrük prosedurları inspektoru cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Yerli məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.

Qeyd edək ki, E.Mirzəyev və bir neçə gömrükçü 2021-ci ilin martında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham edilib, ən ağır cəza elə Mirzəyevə verilmişdi. Digərləri qısa müddətə azadlıqdan məhrumetmə və şərti cəzaya məhkum edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR