• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Goranboyda gənc qız itkin düşüb - FOTO

CƏMİYYƏT

31 Mart 2021 | 16:33

Goranboyda gənc qız itkin düşüb - FOTO

Goranboyda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Goranboy rayon Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, göy rəngli cins gödəkcə və qara rəngli idman ayaqqabısı olmuşdur.

“Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-24-5-30-72 şəhər və (050/055) 301-10-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - mətbuat xidmətindən bildirilib.


Goranboyda gənc qız itkin düşüb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026