• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Göyçay dağlarında güclü YANĞIN

HADİSƏ

26 Iyun 2021 | 21:26

Göyçay dağlarında güclü YANĞIN

Göyçay rayonu ərazisində baş verən yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

Bakıvaxtı.az xəbərinə görə, rayonun Mirzəhüseynli kəndi ərazisində dağlıq sahədə baş verən yanğının söndürülməsi üçün FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 10-a yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

İndiyədək 250 hektar sahədə biçilmiş taxıl sahəsi, 100 hektar sahədə quru ot, ağaclar və kol-kos yanıb. Hazırda yanğın davam edir. Dağlıq ərazi olduğu üçün yanğınsöndürən avtomobillərin həmin əraziyə çıxması çətinləşib. Yanğınsöndürənlər alovun qarşısını əl əməyi ilə almağa çalışırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR