• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Olimpiya Tokiosuna "Nepartak" yaxınlaşır

HADİSƏ

26 Iyul 2021 | 14:25

Olimpiya Tokiosuna "Nepartak" yaxınlaşır

"Nepartak" tayfunu Sakit Okeandan Yaponiyanın şimal-şərqinə yaxınlaşır.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, proqnoza görəçərşənbə axşamı Yaponiya sahillərinə çata bilən tayfun güclü yağış, külək və yüksək dalğalar gətirə bilər. Sinoptiklər təbii fəlakətin Yay Olimpiya Oyunlarının keçirildiyi Tokioya da təsir edəcəyini istisna etmirlər.

Bu arada, Tokio Oyunlarının təşkilatçıları, cümə axşamı günü planlaşdırılan yarışların hamısını təqvimə uyğun olaraq keçirməyi planlaşdırdıqlarını söyləyiblər. Yalnız avarçəkmə və oxatma yarışları təxirə salınıb.

Yaponiya meteoroloji xidməti, öz növbəsində, gözlənilən leysan yağışları ilə əlaqədar ehtimal olunan sürüşmə və daşqınlar barədə xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026