• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda Ağcabədi sakini qətlə yetirilib

HADİSƏ

25 Avqust 2021 | 13:08

Bakıda Ağcabədi sakini qətlə yetirilib

Avqustun 22-də Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Puta qəsəbəsi ərazisində üzərində bıçaq xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə onun Ağdam rayon sakini, 27 yaşlı Əhəd Nuriyev olması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nuriyevi avqustun 18-də bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Ağcabədi rayon sakini M.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026