• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gözəllik müsabiqəsinin qalibi  zəlzələdə ölüb

ŞOU

09 Aprel 2025 | 00:19 | Müəllif: Subhan Mahmudov

Gözəllik müsabiqəsinin qalibi zəlzələdə ölüb

Gözəllik müsabiqəsinin qalibi Sali Mi Myanmada zəlzələdə dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, xilasedicilər Mandalay şəhərində uçmuş 12 mərtəbəli "Sky Villa" binasının dağıntıları altından 28 yaşlı qadının cəsədini tapıblar. Məlumata görə, Sali Mi uşağı xilas etməyə çalışıb.

Xatırladaq ki, martın 28-də Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ dağıntılara səbəb olub. Təbii fəlakət İrravadi çayı üzərindəki körpünün uçmasına və Mandalaydakı tarixi sarayın qismən dağılmasına səbəb olub. Zəlzələ zamanı üç mindən çox insan ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026