• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Gözlər kritik iclasda: Ərdoğan AÇIQLAYACAQ

DÜNYA

27 Iyun 2022 | 12:17

Gözlər kritik iclasda: Ərdoğan AÇIQLAYACAQ

Milyonlarla işçi və dövlət qulluqçusunun gözü Türkiyənin Nazirlər Kabinetinin bugünkü iclasında olacaq. 

Bakıvaxtı.az xəbər verir ki, iclasda iyulda minimum əməkhaqqına mümkün əlavə artım, dövlət qulluqçularının və pensiyaçıların maaşlarının artırılması müzakirə olunacaq. 

İclasda Qurban bayram tətilinin 9 günə uzadılması ilə bağlı qərarın veriləcəyi gözlənilir.

Kabinetdə son zamanlar Yunanistanın təxribatçı addımları da dəyərləndiriləcək. 

Nazirlər Kabineti həmçinin iyunun 29-30-da İspaniyada keçiriləcək NATO Liderlərinin Sammitinə hazırlıq məsələlərini müzakirə edəcək. NATO sammitində Türkiyənin gündəmə gətirəcəyi məsələlər müzakirə olunacaq.

Türkiyənin Nazirlər Kabinetinin qərarlarını prezident Rəcəb Tayyib Ərdoğan açıqlayacaq. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR

19 Aprel 2024