İspaniyanın mərkəzinə və cənub bölgələrinə güclü yağış yağıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə güclü leysan nəticəsində xeyli itkilər verib. Belə ki, Astilla La-Mancha muxtariyyəti hökumət başçısı avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfərin öldüyünü açıqlayıb. Həmçinin, paytaxt Madriddə Alberche çayına düşən avtomobildən 2 nəfər itkin düşüb.
Emiliano Qarsia Peyc, güclü yağışların Toledo şəhərinin Kasarrubios del Monte rayonunda ciddi dağıntılara səbəb olduğunu bildirib.
Bəzi yol və körpülərin çöküb. Castilla La Mancha, Castilla y Leon, Madrid, Extremadura bölgələrində bir çox yol və körpü bağlanıb. Yağışlar nəticəsində Madrid-Əndəlüs və Madrid-Kastilya La Mança sürətli qatar səfərləri ləğv edilib.
Qeyd edək ki, meteorologiya mütəxəssisləri yağışın axşam saatlarından etibarən kəsəcəyini bildirib.
Xəyalə Rza
















