• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Güclü zəlzələ oldu - Bu ölkədə…

DÜNYA

07 Noyabr 2024 | 09:35 | Müəllif: Əli Hüseynov

Güclü zəlzələ oldu - Bu ölkədə…

Yaponiyaya məxsus Bonin adalarının sahilində 5,8 maqnitudalı zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Mərkəzi bildirib.

Xidmətin verilənlərinə görə, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 02:55-də qeydə alınmış zəlzələnin episentri Hahajima adasından 151 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, daha əvvəl Yeni Zelandiyanın paytaxtı Vellinqtonun yaxınlığında 4,9 maqnitudalı zəlzələ baş vermişdi. // report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR