• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gülşən barəsində həbs-qətimkan tədbiri seçilib

MƏDƏNİYYƏT

25 Avqust 2022 | 14:06

Gülşən barəsində həbs-qətimkan tədbiri seçilib

İstanbul baş Prokurorluğunda müğənni Gülşən barəsində istintaq başladılıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun verdiyi konsertdəki çıxışı ilə bağlı İstanbul Polis Təhlükəsizlik Şöbə Müdirliyinə məktub göndərilib.

Gülşənin çıxışı müəyyən edilərək protokola yazılacaq.

Müğənni "xalqı nifrət və düşmənçiliyə sövq etmək və ya ictimaiyyəti təhqir etmək" maddəsi ilə ittiham olunur.

Gülşən polis tərəfindən nəzarətə alınaraq, ifadə vermək üçün İstanbul Respublika Baş Prokurorluğuna aparılacaq.

Qeyd edək ki, müğənninin gitara ifaçısına dediyi  “Daha əvvəl İmam Hatipdə təhsil almışdı, əxlaqsızlığı bundandır” sözlər İmam Hatip liseyinin şagirdlərinə təhqir kimi qəbul edilib.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026