• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Gürcüstan Türkiyədən yeni silahlar alır

DÜNYA

07 Oktyabr 2022 | 11:31

Gürcüstan Türkiyədən yeni silahlar alır

Gürcüstan Türkiyədən NATO standartlarına uyğun yeni zirehli transportyorlar alır.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Türkiyə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “ASFAT” şirkəti ilə imzalanmış müqaviləyə əsasən Gürcüstanın Müdafiə Qüvvələrinə NATO standartlarına uyğun yeni zirehli transportyorlar çatdırılacaq. Əlavə olunub ki, Gürcüstana təqdim ediləcək zirehli transportyorlar öz avadanlıqları və alt sistemləri ilə NATO standartlarına uyğun olacaq. Məlumatda vurğulanıb ki, Gürcüstan Müdafiə Qüvvələrinin sözügedən zirehli transportyorlarla təchiz edilməsi Gürcüstanın müdafiə qabiliyyətinin güclənməsinə, həmçinin Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026