• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda yayımını dayandıran televiziyalar Baş nazirin istefasını TƏLƏB EDİR

SİYASƏT

14 Iyul 2021 | 13:45

Gürcüstanda yayımını dayandıran televiziyalar Baş nazirin istefasını TƏLƏB EDİR

"İrakli Qaribaşvilini istefa edin, bütün təcavüzkarları cəzalandırın" - bu tələblə dörd Gürcüstan telekanalı 24 saat yayımını dayandırdı.

Bakıvaxtı.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Pirveli, Mtavari Arkhi, Formula və Kavkasia televiziya şirkətlərinin ekranlarında 5 İyulda Tbilisidə baş verən qiyamların qurbanına çevrilən 53 jurnalist və operatorun siyahısı qara bir fonda göstərilir.

Onlardan biri iğtişaşlar zamanı LGBT əleyhdarları tərəfindən ağır döyülmədən altı gün sonra evində dünyasını dəyişən "TV Pirveli"nin operatoru Lekso Laşkaravadı.

"Utan" QHT-nin ofisində operator Lekso Lashkarava ilə birlikdə hücuma məruz qalan "TV Pirveli" nin jurnalisti Miranda Baqaturiyanın bildirir ki, onu qan içində, yerə yıxılmış halda 20 nəfər təpikləyirdi.

Daxili İşlər Nazirliyi xəstəxanadan çıxdıqdan sonra onun yüksək narkotik dozasından dünyasını dəyişmək versiyasını irəli sürüb. Müxalifət isə jurnalistin "sistemin qurbanı" olduğunu iddia edib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026