• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək

SİYASƏT

04 May 2021 | 22:59

Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək

Sabah Gürcüstan Baş naziri İrakli Qaribaşvili Azərbaycana ilk rəsmi səfərini edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. İ.Qaribaşvilinin azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü də planlaşdırılıb.

Gürcüstanın hökumət başçısını səfərdə Baş nazirin müavini və Xarici İşlər naziri David Zalkaliani müşayiət edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026