• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanıldı - YENİLƏNİB

CƏMİYYƏT

19 Yanvar 2022 | 08:53 | Müəllif: Subhan Mahmudov

Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanıldı - YENİLƏNİB

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb. Heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib", - o deyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.

*** 18.01.2021 23:57

Bu gün səhər açılışı olan Hacı Zeynalabdin Tağıyevin heykəli zədə alıb.

Bakıvaxtı.az bildirir ki, Tağıyevin əlindəki təsbeh sındırılaraq, kənara atılıb.


Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanıldı - YENİLƏNİBHacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanıldı - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026