Suriyanın keçmiş prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin məqbərəsi onun doğulduğu Qardaha şəhərində yandırılıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə hərbi geyimdə olan müxalifət döyüşçülərinin və gənclərin iştirakı ilə törədilib.
Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) bildirib ki, silahlılar məzarı da yandırıblar. O, Əsədin ələvi icmasının yaşadığı Latakiyada yerləşirdi.