Şənbə günü Haiti sahillərində baş verən 7,2 ballıq zəlzələdə həyatını itirənlərin sayı 1297 -ə çatdı, yaralananların sayı isə 5 min 700 -ü keçdi. Səlahiyyətlilər ölkədə böyük bir dağıntı olduğunu və dağıntılar altında axtarış -xilasetmə işlərinin davam etdiyini bildiriblər.
Bakıvaxtı.az xəbər verir ki, Haiti Mülki Müdafiə Agentliyi, dünən baş verən zəlzələdə həyatını itirənlərin sayının 1297 -yə yüksəldiyini, yaralananların sayının 5 min 700'ü keçdiyini açıqladı. Böyük bir dağıntı və şoka məruz qalan ölkə hökuməti beynəlxalq yardım istəyib.
ABŞ Geoloji Xidməti (USGS), 7.2 bal gücündə zəlzələnin episentrinin Sent-Jean-du-Suddan 12 kilometr şimal-şərqdə olduğunu açıqladı.
Haitinin paytaxtı Port-a-Prensdə hiss olunan zəlzələdən sonra insanlar çaxnaşma ilə küçələrə çıxıblar.
Bir müddət sonra USGS 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığını ləğv etdi.
Axtarış -xilasetmə işləri üçün qrupların bölgəyə göndərildiyi bildirilmişdi
Aytac Aslan















