Haitidə içərisində 8 Türkiyə vətəndaşının da olduğu sərnişin avtobusu qaçırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, ölkə hazırda məsələni yaxından izləyir.
O bildirib ki, bununla bağlı Haitidə “böhran masası” yaradılıb.
İlkin məlumata görə, sərnişinlər müqabilində pul tələb olunacaq.
















